Рубрики
Экономика

Fake Bank

Çinlilər nəinki iPhone-ların saxtasını düzəldirlər, hətta saxta Goıdman Sacks bankı yaradıb, 3 ay ərzində 30 mlrd dollar «otmıvat» eliyiblər. 

Dahi aferist Şenzendə «Goldman Sachs (Shenzhen) Financial Leasing Co» adlı kiçik bank qeydiyyatdan keçirir və məhdud bank lisenziyası alır. Çində qeydiyyatdan keçsə də bank Makaoda yerləşir və kazinoların «qara»  pullarını yerləşdirməklə məşğul olur. Makao kitayski Las Veqasdır. Sonra da dünyanın böyük banklarında müxbir hesab açır. Bankirlərdən heç birinin ağlına gəlmir ki, bu fake Golden Sacks ola bilər. Həm də bütün transaksiyalar adına görə yoxlanmadan, tez keçirmiş.

Afera təsadüfən açılır. Amerikan Kazinosunun Makaodakı mühasibi internet bankda köçürəcəyi hesabı səhv yazır. Cümə günü olduğu üçün menecer banka zəng etməyə qərar verir. Amma Honq Konqdakı real Golden Sacksa zəng edir. Elə bu anda məsələ üzə çıxır. 

Çin polisi «saxta» bankın təsisçisi Çenq Ci Tayı məhkəməyə versə də, məhkəmə ona heç bir iddia verə bilmir, çünki bankın bütün müştəriləri razı qalıb və heç kimin itkisi olmayıb. Qeyri leqal heç bir əməliyyat aşkar olunmayıb. Məhkəmə onu yalnız məhşur Bankın adının istifadəsinə görə 25 min dollar cərimə edib və azadlığa buraxıb. 

Bu çinlilər dünyanı barmaqlarına dolayıblar da. Çin hakimləri öz vətəndaş və şirkətlərini Amerikaya zərər vurduğuna görə yüngül cəzalandırır, amma Çin məmurlarına rüşvətə görə ölüm cəzası da verə bilər. 

#gülbaşımıza