Рубрики
Вспомнить все

Ağsaqqal məsləhəti*

2000-lərin əvvəli idi, öz şirkətimi qurub həm investment, həm də nəşriyyat biznesi ilə məşğul idim. Bir neçə müəssisə ilə yanaşı, artıq uğurlu olan 2 jurnal və 1 TV verilişimiz var idi. İşlər yaxşı gedirdi və 3-cü jurnal haqqında düşünürdüm. O da etiket, mədəniyyət, həyat tərzi və sairə məlumatlar, oxucuları bilmədiklərini öyrətmək üçün jurnal üzərində düşünürdüm. 

O vaxtlar Amerikadan gələn bir yəhudi investorla görüşümüz oldu. Böyük bir consultinq şirkətinin direktoru idi. Danışıqlardan sonra çay içirdik, planlarım haqqında soruşdu. Mən də 3-cü jurnal haqqında fikirlərimlə bölüşdüm. O da məni sona kimi dinləyib, bir az fikrə getdi və sonra mənə dostcasına, pulsuz məsləhət verdi:

— Heç zaman cəmiyyətə tərbiyə vermək, səhvlərini göstərmək, həyatlarını dəyişmək haqqında öyrətməyə çalışma. Çünki, hər kəs özünü ağıllı sayır, onu öyrtəməyə çalışanda sənə nifrət edəcək və hətta səni pisləyəcək. Tarixə bax, Peyğəmbərlər insanları düz yola gətirmək istəyirdilər, sonu necə oldu? Tanrı tərəfindən göndərilmiş 120 mindən çox Peyğəmbəri cəmiyyət öldürüb. “Peyğəmər” olmağa çalışsan səni də məhv edərlər. 

O gündən o sözəri qulağıma sırğa etmişəm. Hərdən yadımdan çıxır, amma o anda sırğa cingildəyir. 

Odur ki, əzizilərim, özünüzə əziyyət verib, buralarda kiməsə ağıl öyrətməyə çalışmayın. Siz ali təhsilli ola bilərsiniz, amma təhsili olmayan, 8-9 sinif bitirmiş kimsə bizim hamımızadan zirək, təcrübəli və uöurlu ola bilər. 

*Ağsaqqal deyəndə özümü nəzərdə tutmuram, o Yəhuduni deyirəm.