Рубрики
Психология

Mesajlar

#Ogün bir FB Dostun səhifəsində bu videounu gördüm. Hamı tənqid edirdi. Amma di gəl ki, çox primitiv olsa da, özləri bilmədən yaxşı mesajlar atıblar. Bəs mən nə gördüm:

— Oğlnanın şəkilini görmədən görüşə getmə. Heç olmasa, çatda atsın, bax gör nə yuvanın quşudur.

— Qızın sosial şəbəkədəki şəkilləri ilə reallıq fərqlidir, ona görə ay qızdar şəkillərə çox filtr qoymayın, yoxsa oğlan görüb qaçar. Əgər oğlan gül dəstəsi ilə görüşə gəlirsə, deməli şəkildə çox xoşuna gəlib. Reallıq başqa ola bilər.

— Oğlan nə qədər kazyol olsa da, gülləri yerə deyil, zibil qabına atdı.

— Ofisiant oğlan, sən yaraşıqlı ola bilərsən, amma aksent və diksiya üzərində işləmək lazımdır. Yoxsa qaradskoy qızlar tək olmasına baxmayaraq atval verə bilər.

— Özgüvəni aşağı olan qıza heç kim yaxınlaşmayacaq. Telefonda deyir “mənim bəxtim yoxdu”, bu onun proqramıdır.

— Ofifiant oğlan gülləri zibil qabından çıxardıb, qıza verir. Türklər demiş çok uyanık çoçuk.

— Bəxtin yoxdursa, qadalkaya deyil, psixoterapevtin yanına get.

Əlavəsi sizdən…

#gülbaşımıza