Рубрики
Экономика

Cavab tapa bilmədim

Azəbaycanda uğurlu olmaq yaxşı pulun olmaq anlamına gəlir. Valideynlər düşünür ki, uşağa ali təhsil verək, adam olsun, yəni yaxşı vəzifə alsın yaxud iş qursun, çoxlu pul qazansın, qocalanda da bizə şərait yaratsın.

Amma reallıqda görürük ki, varlı sahibkarların çox hissəsinin nə ali savadı var, nə biznes təhsili. Onunla danışanda nə iqtisadi terminlər bilir, nə marketinq. Qohumlarını yanına yığıb, iş qurub. Qohumlar və dostlar da bir tərəfdən çırpışdırır. Amma buna baxmayaraq, adamın yenə də yaxşı gəliri var. Pulu olan da öz arzularını reallaşdırır. 

Bu biznes «strategiyanı» heç bir universitet öyrədə bilməz, heç tanınmış iqtisadçıların ağlına da gəlməz. 

Heç bilmirəm, ali savadlı olub belələrinə işləmək yaxşıdır, yoxsa elə həmin savadsız, amma imkanlı olmaq. Bir dəfə mənə bu sualı  bir gənc verdi. Özümü ağıllı saysam da, suala cavab tapa bilmədim. #gülbaşımıza