Рубрики
Sığorta

Hansı sənədlər lazımdır

Avtomobil yol-qəza hadisəsi olduğu halda, sığorta ödənişi almaq üçün bu sənədlər təqdim olunur:

Forma 3 — İlkin hadisənin baş vermə anın təsviri 

Forma 4 — Günahkar aşkar olunur və protokol tərtib edilib, sistemə yüklənir

Qanuna görə Forma 3 hadisə yerində tərtib və təqdim olunur, Forma 4 isə DYP inspektoru tərəfindən 3 gün ərzində İcbari Sığorta Bürosunun Mərkəzləşdrilmiş Sisteminə yüklənir, Sığortaçı da oradan əldə edir.

Amma çox hallarda DYP inspektoru sürücüləri idarəyə gəlmələrini tələb edir. Forma 3-ün hadisə yerində deyil, idarədə tərtib olunması hər hansı qeyri adi və anlaşılmaz hallarda ola bilər. Hətta səmadan kometa düşüb, avtomobillər arasında qəza yaradıbsa, bu da qeyri-adi hesab oluna bilməz, çünki hər şey aydındır. Dərin araşdırma tələb edən hallar olduqda, yerində olunmaya bilər.

Sığorta ödənişinin alınması üçün Forma 4 tələb olunur və zərərin qiymətləndirməsi müştəri tərəfində imzalandığı gündən 7 iş günü ərzində sığortaçı tərəfindən ödənilməlidir, yaxud imtina olunmalıdır. 

Hadisə yerində ALKO testə gəldikdə isə, qanunda göstərilib ki, inspektor sürücüdə neadekvat hərəkət görərsə, onu testə göndərmək qərarı qəbul edə bilər. Neadekvat hərəkət isə müxtəlif cür qiymətləndrilə bilər:

— Alkoqol qoxusu olduğu halda

— Sürücü aqressivdir və əsəbidir

— Sürücü sakitdir

— Sürücü çox rahatdır

Yəni hər bir halda təyin edə bilər. Bu onun qərarına bağlıdır. İmtina etdikdə, PPX çağırıb, qandallayıb da getməyə məcbur etmə ixtiyarı qanunda göstərilib.

Bir sözlə, hadisə baş verdisə, pul almaq xala xətrinə olmur, yuxarıdakı prosedurlar vasitəsi ilə həyata keçirilir. Bunun yaxşı tərəfi odur ki, sonunda pul alırsan, əgər müqavilə şərtlərini pozmamısansa. Ona görə imzalamışdan öncə şərt və müqavilələri diqqətlə incələyin. 

Statusdakı məlumat bu sahənin Fazil Mamedov və Bakı Sığorta mütəxəssisləri ilə müzakirələrdən sonra hazırlanıb.