Рубрики
Мнение

iPhone 13 niyə inqlab etmədi

Yadımdadır, ağsaqqalımız Steve Jobs bu dünyadan mürəxxəs olanda, analitiklər və alıcılar Apple-i şirkət kimi tənəzzülə uğrayacağını deyirdilər. Tim Cook  CEO olandan sonra, şirkəti maliyyə işlərini elə qurdu ki, kapitalizasiyası trilyona çıxdı. 

iPhone-ların evolyusiyası

Jobsun ölümündən sonra 6-cı seriya iPhone çıxdı, böyük ölçü və Samsunga bənzər. 7 ildir iPhone form-faktoru xırda dizayn evolyusiyası yaşayaraq, yalnız texniki tərəfdən dəyişir. X, yəni 10-cu versiya düymə əvəzinə swipe və «qaş» gətirdi. 2021-cü ildə təqdim olunan iPhone 13 2014-cü ildəki 5-in eyni formasından bəhrələnir. 12 isə nə vaxtsa Jobs baş designer Jonathan İve ilə birlikdə yaratdığı 5 seriyasının formasına geri qayıdış edib. 

Tom Cook iPhone 13 təqdim edir

Amma heç kimin ağlına gəlmir ki, Jobs ölümündən öncə bu proyektləri kurasiya edirdi və faktiki bu gün bizim gördüyümüz onun ideyalarıdır. Ondan sonra demək olar ki, dizaynda qlobal heç nə dəyişməyib. İve isə Cook ilə yola gedə bilmədi deyə şirkətdən ayrldı, halbuki iMac, MacBook-lar, iPod, iPhone, iPad, Apple Watch dizaynları onun rəhbərliyi və bacarığı ilə yaradılıb, bu günə kimi də ancaq evolyusya yaşayır.

Steve Jobs və komandası

Tim Cook hakimiyyəti dövründə isə 4 ildir «çolka»nın əvəzi belə gəlmir. Halbuki, İnfinity Q displayləri (kamera ekranın içində, Galaxy S21 kimi) neçə illərdir istehsal olunur. Artıq kamera və sensorlar ekranın altına keçir ki, ekranda görünməsin. Amma, Tim xərcləri artırmamaq və daha çox qazanmaq üçün heç nə dəyişməyə meylli deyil, çünki maliyyəçidir. Şirkətin hesabında milyardlarla azad pul var. Əəə, John, goruva aparacaqsan? Jobsa qalmayan dünya, sənəmi qalacaq?!

Ferdinand Porsche və onun yaratdığı 911 modeli

Tarix boyu dünyaya Dahilər gəlir. Jobs kimi Ferdinand Porsche-nin yaratdığı 911 dizaynı Panamera və Cayenne modellərində də tətbiq olunur. Porsche 70-ci illərdə başqa maşınlar düzəltsə də uğurlu olmayıb, yenə də 911 form-faktoruna qayıdıblar. Çanki, o dahilərin davamçıları dünyaya gəlməyib. Steve və Ferdinandın ayaqqabısını geyinmək olar, amma onlar kimə gəzə bilmirlər.

Apple maliyyə cəhətdən tənəzül yaşamasa da, kreativlik cəbhətdən yaşayır. #bapbalacaanalitika