Рубрики
Sığorta

Avtomobilin İcbari sığortası nədir?

İcbari sığortası olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunur. Hamı bu cəriməyə görə sığorta edir, amma bəzən onun Kasko sığorta olduğunu düşünür.

Avromobil icbari sığortası 3-cü şəxslər qarşısında yaranan öhdəlikdir. Yəni qəza zamanı 3-cü şəxslərə dəymiş zərəri Sığorta şirkəti ödəyır. Sadə dildə desək, əgər sizin günahınızla qəza baş veribsə, qarşı tərəfin xərclərini 5 min manata qədər Sığorta şirkəti ödəyəcək. 5 mindən çox olsa, üstünü artıq özünüz “düzəltməlisiniz” (bunun həlli haqda gələn dəfə yazacağam). Həmçinin zərər çəkmiş şəxslərə də 5.000 manat ödənilir (bir qəzada max 50 min manat ola bilər, yəni 10 nəfərin hərəsinə 5 min).

Bu sığorta 1 il ərzində olan bütün qəzalar zamanı keçərlidir. Amma sığorta hadisəsi baş veribsə, gələn il sığortanın qiyməti yüksələcək, heç bir hadisə olmayıbsa, endrim olacaq.
Bunu da bilin ki, sizin günahınızdan hadisə baş veribsə, sizin avtomobilə dəymiş zərər İcabri sığorta ilə ödənilmir. Bu zərəri almaq üçün Kasko sığorta etmək lazımdır.

Sualınız olsa müraciət edə bilərsiniz. #likbez