Əgər biz ölkəmizi azad, demokratik Respublika adlandırırıqsa, deməli hər kəs dövlət qanunları çərçivəsində istədiyi hərəkəti edə bilər. Kim istəyir yas saxlasın, kim istəyir toy eləsin. Nə problem var ki?! Niyə camaat özünə əl qatıb?!
Axundun çıxışı onun şəxsi fikridir və onun nə Azərbaycan qanunları,nə də genetika və tibbi araşdırmalarla heç bir əlaqəsi yoxdur.
Şəriətə qalsa, smartfonlar və sosial şəbəkələr Din ilə haram sayılır. Onda iPhone və MacBook-lara qadağa qoyulsun. Çünki, onları dinsiz və kafir Steve Jobs yaradıb, Apple isə homoseksual Tim Cook idarə edir. Şəkil çəkmək, tem bolee açıq internetə qoymaq İslama ziddir. #gülbaşımıza
P.S. Mən müsahibəni oxudum. Axundun dedikləri və məqalənin başlığı arasında yerlə göy qədər fərq var. Niyə media məsələni belə şişirdib, insanların «şeyi ilə oynayır”?!
