Рубрики
Вспомнить все

Vaxtımı alma

Bir dəfə Amerikada olan vaxtlarımda maşında özümü çox pis hiss elədim və təcili yardıma getmək məcburiyyətində qaldım. Məni ilk yoxlama edən həkim mənə çox maraqlı sual verdi:

— Sabah oyanmaq istəyirsən? Əgər yaşamaq istəyin varsa, sənə kömək edək, yoxdursa vaxtımızı alma.

Mən güldüm və dedim ki, bankda kreditim var, onu ödəyənə qədər yaşamalıyam ki, credit score düşməsin. O da güldü və məni 5 saatlıq nəzarətə götürdü.

Bu hadisə mənə yeni fikir gətirdi. O gündən bu hadisəni məndən məsləhət istəyənlərə danışıram ki, əgər öz bildiyini edəcəksənsə, vaxtımı alma…

Foto Низами Аллазов