Рубрики
О самом главном

Köçüb getmək istəyənlər

Kimi dindirirsən, Azərbaycandan köçüb getmək arzusundadır. Hamı elə bilir ki, Azərbaycandan başqa hər yerdə bomba həyat var. Əvvəl bunun səbəbini qazanc və özünü realizə problemində görürdüm. Xaricdə olduğum zaman, orada yaşayan həmvətənlərimizin həyat tərzi və fikirləri ilə tanış olandan sonra anladım ki, köçmək arzusu heç də bununla bağlı deyil.

Problem, ailə ilə bağlıdır. Ailəsi cəmiyyətin təsiri altında yaşayan və uşaqlarını “xalxın sözü” ilə böyüdən ailələrin uşaqları azad və xoşbəxt olmur. Amma xarici ölkədə yaşayanda, bu məhdudiyyətlər aradan götürülür və istədiyi kimi həyatını qurur. Ailədə çox təzyiq görənlər isə, başqa ölkəyə düşən kimi “özünü buraxır” və valideynlərinin acığına bütün qadağa olanları həyata keçirir, onlardan intiqam alır.

Həmçinin, ailə və cəmiyyətin fikrindən azadlıq əldə edən şəxs uğura daha qısa yolla çata bilir, çünki, qarşısında heç bir maneə qalmır, istədiyi kimi hərəkət edə bilir. 

Bu hisslər həmçinin Vətənə olan neqativ münasibətə təkan verir, çünki, həmin şəxs üçün Azərbaycan xoşbəxt olmadığı günlərlə assosiasiya olunur. 

Psiloqlar deyirlər ki, insan üçün ailədə gördüyü münasibət onun ömrünü ya sındıra, ya da yüksəldə bilər. Deməli, uşaqlarına xoşbəxtlik arzulayan valideynlər onları bədbəxt edir. Çünki, onlar üçün xalxın fikri həyatında ən çox sevdiyi uşağından ucadır. Nə deyim, Valla! #gülbaşımıza

Bunlar ölkəmizdə çox böyük problemdir, amma asan həllini görə bilmirəm. Ona görə gənclərə məsləhətim “burada yaşaya bilmirsənsə, köç get!” olur.

Because, Freedom is the most important thing in life.