Рубрики
Мнение

Utilizasiya

Taski sürmək Pandemiyalı günümüzün stabil qazanc gətirən professiyasıdır. Çox sürücü da Toyota Priusa keçib ki, yanacağa qənaət etsin, gəlirini artırsın. Hamı köhnə Prius almaq məcburiyyətindədir. Çünki, bankdan kredit almaq üçün 50% ön ödəmə etməlidir. Elə ondan az pul ödəyərək köhnəsini alır.

Sürücülərlə söhbətlərdən öyrəndim ki, bankların işini şəxslər edir. Onlar maşın almaq üçün kredit (borc) verir, ön ödəmə çox aşağı, amma faizi yüksək. Ödməyəndə də maşını alıb, başqasına satır. Ödənən pul da geri qaytarılmır.

Amerikadan gətiilən köhnə avtomobil satışı və onların maliyyəşməsi qara bazara çox pul qazandırır. İqtisadiyat qanunları deyir ki, tələb olan yerdə mütləq təklif yaranacaq. Temboleeşto, ölkəmizdə vəziyyətdən istifadə edə bilən və riskə gedən adamlar az deyil. Ancaq, rəsmi fəaliyyət göstərən biznes yavaş-yavaş popanın dərinliyinə doğru irərliləyir.

Prius atmosferə az tullantı atır. Amma qısa bir müddətdən sonra başqa ekoloji problemlə qarşılacağıq — sıradan çıxmış avtomobillərin akkumlyatorlarının və özlərinin utilizasiyası. Oda ki, hələ yox səviyyəsindədir. Onsuz da ekologiya pis vəziyyəttədir və getdikcə də lap pis olacaq. #gülbaşımıza