Рубрики
Встреча

Taxi sürücüsü vs biznesmen

#Ogün Taksi sürücüsü ilə söhbət edirəm. Ruskayazıçnı şəhər uşağıdır. Soruşuram ki, gündə neçə saat işləyirsən. Danışır ki, 10-14 saat arası, Uber app-də 100 manat yığılana kimi. 100 olan kimi çıxıb gedir evə. Günorta, axşam rahat yeməyini yeyir, çayını arada içir, tələsmədən işini görür. 2 həftədə 1 gün işləmir, dincəlir. Sərfəli olmağından isə dedi ki, taksi hesabına mənzil alıb, bağ tikdirib, yaxında yeni maşın alacaq. Uşaqlar böyüyür, gələn il universitetə girəcək, onun hazırlıq pulunu və univer pulunu ödəyəməyə pul toplayıb. Bir sözlə öz taleindən razıdır.

Bunu eşidəndə Universitet bitirən, biznes quran şəxslər yadıma düşdü. Biznesi qurur, qurur, sonra nəsə baş verir, evini satır, sonra bağını satır, maşını satır, reserv pullarla borcunu bağlayır, hələ borclu da qalır. Onu da bir müddət işləyib, bağlayır. Hələ stress və depressiyaları demirəm.

Bəzən, biznesmenlər Taksi sürücülərinə qibtə edirlər. #gülbaşımıza