Рубрики
Встреча

Dilənçi qız

Targovıda bu şəkili çəkirdim, bir gənc qız yaxınlaşıb, 40 qəpik istədi. Soruşuram ki, neynirsən. Deyir, salona getməliyəm, priçoska eləməyə, bir az pulum çatmır. Axşam svidaniyam var, kişinin xoşuna gəlsəm bütün problemlərim həll olunacaq, onun sevgilisi olacağam. Dedim, qalan pulu göstər. Cibindən 5 manatlıq qəpik çıxartdı. Aydındır ki, dilənçilik edir. Amma kreativ yanaşma xoşuma gəldi, 1 manat verdim, kefimi qaldırdığı üçün. Bir hekayə yadıma düşdü, uzun söhbətdir, sonra ayrıca yazaram. #gülbaşımıza

P.S. Hamı buradan keçdiyi üçün piyada keçidi etdilər. Nə düşünürsən?