Рубрики
Мнение

İnsan və smartfon

Onlar çox oxşardır. Hər ikisini beyin idarə edir, smartfonda prosessor adlanır. Hər ikisinin operativ yaddaşı (RAM) var, hansındakı ani lazım olan məlumat abrabotka olur, əsas yaddaşda (storage) isə bütün məlumatlar saxlanır. Hər ikisini, insanı da, smartfonu da proqramlaşdırmaq olur və onu məhz o proqram idarə edir.

Ekran insanın üzüdür, bütün daxilindəki məlumatı göstərir, ön kamera isə gözlərdir, qarşısındakını izləyir.

İnsanlar müxtəlif marka kimi smartfondur, kimsə iPhone kimi bahalı xarici görünüşə malikdir, hamı ona yaxın olmaq istəyir. Kimsə Xiaomidir, ucuz olsa da işləyir, özünü iPhone oxşatmaq istəyir, amma o səviyyə deyil. Kimsə Samsung kimi ortababdır, qiyməti iPhone qədər baha deyil, amma ondan daha bacarıqlıdır və hər işi görə bilir, xarici görünüşü də bahaya yaxınlaşır. Kimsə də Huawei-dir, Amerika visazı ala bilmir. Nokia olanlar nə vaxtsa hörmətli olub, indi isə it yerinə sayan yoxdur. Kimsə də kitayski noname-dir, əsli nəcabəti bilinmir, ucuzdur və çox az yaşayır, hörməti də yoxdur.

İnsanlardan smartfon kimi istifadə edirlər, sonra isə yeni model çıxanda başqasına satır yaxud hədiyyə edir, çünki yenisinə malik olmaq istəyir. Kimsə də onu qəbul edib, ürəyinin üstündə saxlayır, məmnuniyyətlə istifadə edir.

İnsanlar kimi, onları da marka və səviyyələrinə görə sevən və sevməyən var.

Bir fərqimiz odur ki, smartfonların hamısı ağıllıdır, insanların isə yox. #gülbaşımıza

Bəs sən hansı smartfonsan?