Рубрики
Юмор

Son zəng

Son həftədə sığorta agentlərindən çoxsayda zəng alıram. Hər dəfə də eyni söhbət. Türkün sözü, bunlardan bıkdım ya. Son dəfə zəng edəndə isə belə söhət oldu:

— Salam. Sizi filan nömrəli avtomobilə görə narahat edirəm, durur?

— Uje durmur… — sarkazm və gülərək cavab verdim — daha zəngə ehtiyac yoxdur. 

Sığortaçı qız nə dediyini anlayanda gülməyə başladı. Sağollaşdı və düşünürəm ki,bir daha zəng etməyəcək. Vsyo taki yumor hissi çox hallarda kömək edir. 

Durmaq məsələsinə gəldikdə isə… maşın doğrudan da yoxdur artıq, amma… hər şey o qədər də acınacaqlı deyil.