Bravo-nu bu günlərdə yıxıb sürüyən çox oldu. Bu hadisəyə 2 cur baxmaq olar:
1. Yumorla, olan şeydi
2. Azərbaycanda işçilərin düşünmədən, mətiqsiz hərəkətləri
İkinci məsələ təəsüf ki, çox olur. Hamı düşünür ki, satıcı, fəhlə, sürücü, ofisiant, inşaatda usta — iş tapmayan, savadı olmayan adamlar getməldiir. Amma, bu vəzifələrdə də məntiq, öz işinə biganə olmamaq, yerində qərar qəbul eləmək kimi bacarıq və ağıl olmaldır. İşi Əşi deyib etmək yox, düzgün etmək lazımdı.
Mənim ilk diplomum Moskva Peşə məktəbindən 2-ci dərəcəli malyardır. Tikinitidə də işləmişəm, malyar, kladka, ştukaturka, şpatlyovka işlərini yaxşı bacarıram. Amma onları da həvəslə və məntiqli etmişəm.
Fəhlə, sürücü, ofisiant olmaq ayıb deyil, tupoy olmaq ayıbdır. #gülbaşımıza
Kstati, ŞPAKLYOVKA deyil, düzgün ŞPATLYOVKA deyilir. Alət isə Şpatel adlanır.