Рубрики
Мнение

Sizdə şkaf olmaz?

Realtor website-larında evlərə baxanda bir şey nəzərimə çarpdı ki, Azərbaycanda funksional təmir ənənəsi yox, mebel almaq ənənəsi var. Hətta, bəzi interior designerlər də bu ənənəyə sadiqdirlər.

Mənzildə sahəyə qənaət etmək üçün divara qurulmuş (встроенные в стену) şkaflar demək olar ki, yoxdur. Hərdən girişdəki dəhlizdə, yəni karidorda olur, o da kupe şkaf şəkilində.

Amma bu şkaflar yataq otağında, yaşayış otağında (ingilislərdə living room, bizdə zal deyilir), uşaq otağında, hətta hamam və tualetdə ola bilər. Bu da balaca mənzullərdə nəinki sahəyə qənaət, həm də daha çox saxlanc yeri və gözəllik yaradır.

Galereya