Рубрики
Психология

Xeyriyyəçilik yoxsa…

Bir dəfə kasıb tələbələrin bir neçə nümayəndəsi Hacı Zeynalabdin Tağıyevə müraciət edir ki, onlara kömək eləsin, yəni pul versin. O da onlara deyir ki, «gəlin mən sizə borc pul verim, dükan açın, alverə başlayın, pul qazanın, özünüzü təmin edin, sonra də mənim pulumu qaytararsınız». Hacının bu sözü onların xətirinə dəyir, inciyib, imtina edib gedirlər ki, xəsislik edir, pul vermək istəmir.

Bu hekayənin arxasında böyük filosofiya var. Hacı kasıba balıq deyil, tilov verməyi təklif edib ki, hər zaman balığı olsun.

Deyə bilərsiniz ki, onda heç kimə kömək etməsinlər. Qalina Vişnevskaya deyib ki, «Köməyi güclülərə etmək, pulu isə varlllara vermək laızmdır.»

Psixoloqlar deyir ki, xeyriyyəçilik kimi kasıblara yemək, geyim verənlər özgüvənlərini yüksəltmək, özlərini vicdanlarının yanında yaxşı göstərmək üçün edirlər. Buna «özünü Tanrı hiss etmək» də deyilir, çünki kiminsə qarnını doydurur və ədaləti bərpa edir. Beləiklə, həmin şəxsi buna öyrtəmiş olur. Əgər bir gün pulu olmazsa, yemək verə bilməsə, həmin adam lənət yağdıracaq, çünki artıq dilənçi olmağa alışıb. Yaxşılıq etmək istəyirsinizsə, kasıb uşağa təhsil, sənət verin ki, hər zaman «çörəyi» olsun.