Рубрики
Мнение

Nəticə

Tarixlimizi bilməliyik və nəticə çıxartmalıyıq! — bugünün şüarıdır. Tarixi bilmək üçün onu oxumaq və öyrənmək lazımdır. Tarix boyu Azərbaycanın teleyi çətin və qalmaqallı olub. Çoxsayda insan itkiləri, torpaqların itirilməsi və münaiqişələr həyatımızda öz izini qoyur.

Əgər fərdi həyatı nəzərə alsaq, bizə çətinliklər ona görə verilir ki, səhfimizi anlayıb, yolumuzu dəyişək. Bunu qlobal olaraq düşünsək, belə bir nəticəyə gəlmək olar ki, ölkəmizə və xalqımıza verilən bu faciələr həyata yenidən baxılmasını tələb edir.

Əgər ölkəmizdəki duruma baxsaq, görərik ki, öz aramızda o qədər münqaişələr var ki, heç bizə xarici düşmən lazım deyil. Paxıllıq, bir birinin ayağının altını qazmaq, badalaq gəlmək, aldatmaq, hörmətsizlik, bir-birinin arxasınca danışmaq, şayə yaymaq və bir çox insaniyyətdən kənar hərəkətlər ölkəmizi və xalqımızı məhv edir. Hamı yalnız cibini fikirləşir, uzaqgörən deyilik, ona görə də geri qalırıq.

Təəsüf ki, bu reallıqdır. Patriotizm yalnız facebook statuslarda qalıb, işə gələndə isə riyakalıq görürürük.

Əgər biz tarixdən dərs alıb, bir birimizə hörmət etməsək, insan olmasaq, bu münaqişələr davam edəcək, itkiər olacaq, torpaqlarımızı geri qaytara bilməyəcəyik. Bunun üçün isə hamı özündən başlamalıdır.

#rmblog #tarix #gülbaşımıza