Рубрики
Моя работа

Skoda Octavia

Keçirilmiş araşdırmalar göstərir ki, Skoda sürən kişilər ailəcanlı və arvadına etibarlı olur. Bu nəticəyə Avropada gəliblər. Prosta dedim ki, biləsiniz.

#Ogün Skoda Azerbaijan yeni #Octavia modelini öz salonunda təqdim elədi, hələ verdilər ki, bir az da sürək. 2000-ci illərin əvvəlində Skoda Ocatvia varımıydı, o rəhməttiy yadıma düşdü.

Öz aramızda qalsın, Skoda deyilənə görə maması Volkswagen-ə meydan oxuyur, qiyməti aşağı, amma keyfiyyət və texnologiyaya isə eyni. 

Təzə, yəni yeni Octavia da geri qalmır. Salonu müasirləşib. Yeni torpedo, böyük LED ekran, bap-balaca «skorostın başı», yeni sükan diqqət çəkir. Maşın liftbək olsa da, sedana oxşayır. Mən sedandan çox hətçbəklərə üstünlük verirəm, daha rahat və funksionaldır. 

1.4 litr turbo motor 150 a.g. hasil edir, o da şəhərdə və rayon yollarında yetərlidir, zato yanacağa böyük qənaətdir. Onsuz da maşın yarış üçün deyil, qayda-qanunla sürmək üçündür ki, maşınla birlikdə qarıyasan. Skoda sahibi özünü heç kimin gözünə soxmaq istəmir, çünki xoşbəxlik sakitlik ustəyir.

#Nəsə. Maşın yaxşı maşındır. Adını da Şəhər uşağı qoyublar.