Рубрики
Мода

Klassik tərzdə

…geyinməyə qərar vermişəm. Evdə çox uzun zaman aldığım, amma 3-4 dəfə geyindiyim bir kostyum tapdım. Özüdə Dormeuil. O fransız şirkətidir, 1842-ci ildə yaradılıb. Avropanın ən tanınmış markalarındandır və əsasən bahalı kostyumlar üçün parça istehsalçısıdır. Qərar verdim ki, onu da bu günki dəbə uyğunlaşdırmaq çox rahatdır, bir az professional əl gəzdirəmk lazımdır, yəni dərin tuning.

Artıq 6 aydır ki, Eldarın köməyindən istifadə edirəm. O həm də tanınmış və populyar şəxslər üçün kostyum, pencək, hətta smokinq tikir, özü də keyfiyyətli italyan parçalarından. Profi dərzidir. Bu gün bu kostyumu də götürdüm. 

Kakraz Bahar gəlir, elə onun görüşünə geyinəjəm. Bir iki pencək də verdim ki, mənə uyğunaşdırsın. Çünki onları alanda 95 kq idim, indi isə 85. Hər şey təzə və dəbə uyğundu, bir az əl düzəliş lazımdı. Təzə nəsə almağa ehtiyac yoxdu. Həm də bu böhranda nə almaq?! 

Takşto, nə lazımdır, müraciət edin. O qədər gülərüz, xoş bir insandır ki, onun haqqında öz fikirlərimlə bölüşməyə bilməzdim. Çünki, professionallara çox hörmətim var.

P.S. Sorüşacaqsınız ki, niyə indi bu haqda yazdım. Çünki, bü gün başqa bir neqativ hadisə ilə qarşılaşdım. Necə deyərlər, pisi görməyincə yaxşının qədrini bilməzsən. O barədə gələn yazılarımda. O da avtomobil ustaları ilə bağlıdır.