Рубрики
О разном

Ana dili

Bu gün beynəlxalq ana dili günüdür. 20 dəqiqə öncə avtomobilə oturanda ASAN Radionun qonağının son sözlərini eşitdim. Söhbət TV və radioda aparıcıların danışıqlarından gedirdi. Qonaq (adını eşitmədim) mükəmməl azərbaycan dilində danışırdı. Lakin, onun «qulaq asırdım» ifadəsi məni bir az təəcübləndirdi və məyus etdi. Mən bildiyim qədər bu xalq arası ifadədir, düzgün «dinləməkdir». Düz demirəmsə, əksini sübut edin.

O hadisə danışmışdım e ki, sovet vaxtında təmiz azərbaycan dilində danışan nənəni tapırlar, o da qayıdır ki, «Hə, bala! Mən çisti azərbaycan dilində danışıram» hadisəsini xatırladım, yəni yadıma düşdü.

Emin Musavi, bağışla, səhər səhər bir az fikirlərə daldım. Hamı bilir ki, fikir adamı neyləyir.