Рубрики
Психология

Fitness fasilə

Fitness fasilə

Səhər tezdən saat 7:30-da radio, sonra iş görüşmələri, axşam müxtəlif tədbirlər, sonra evdə sabaha hazırlıq, təklif və məktublara cavab… Bunun üçün hər gün səhər saat 6:00-da oyanmaq lazımdır. Hansısa məhşur insandan bu qədər işi necə çatdırır sualına cavab verib ki, bir saat daha tez oyanıram. 

Amma ki, bunları şən etmək üçün yaxşı əhval ruhiyyə lazımdır. Onu da mənə fitnes verir. Bu gün Natalya Chalova mənə cross fit məşqi təyin etdi. Mən də ləzzətlə onun öhdəsindən gəldim. 

Fitnesin nə təsiri var:

— Məşq zamanı qan dövranı sürətlənir və beyinin işini yaxşılaşdırır

— Bütün bədən hüceyrələri oyanır və yeni enerji alır

— Əzələlər yenilənir, gümrahlıq gətirir

— Dəri daha da yaxşı olur, yenə də qan döranının sürətlənməsinin təsiri

— Naharda aldığımız kalorilər işlənir

— Bütün neqativ insandan tər ilə çıxır

— Tər ilə bütün zərərli maddələr ayrılır

— Çoxlu su içirik, bu da qanı təmizləyir

…daha nələr, nələr!

Bəs siz fitneslə məşğul olursunuz? Deməyin ki, «vaxt yoxdur, çox işləyirəm». Əğər işə çox vaxt sərf edirsinizə, deməli time management səhvdir. İşi 8 saata etmək lazımdır.