Рубрики
Мнение

Sehirli masa

Starbucks-da bir sehrli masa var, onun ətrafında tanış olmayan adamlar oturub kofe içib, kompyuterdə işləyirlər. Uzun, qara masa, yəni stol. 

Bu gün onun arxasında birnəfəsə intervyunu bitridim. Maraqlı mövzu idi. Gələn həftə sizlərin diskusiyasına açıqlayacağam. Masanın sehrliliyi isə ondadır ki, orda oturanda Muza xanım gəlib oturur yanında, sürətlə və yaradıcı düşünməyə kömək edir. 

Qulaqlcıqlar qulağında, fikrin beynində, əlin klaviaturada, gözün monitorda çalışırsan, hərdən ətrafına baxıb digərlərini seyr edirsən, ancaq nə danışdıqlarını eşitmirsən. Diqqətimi çəkən isə o oldu ki, həmin stolon arxasında yalnız ali təhsil almış gənclər oturur. Mən də özümü gənc hiss elədim.

Qəhvə haqqında heç danışmıram. Americano with caramel syrup. Qəhvə, yəni kofe, metobolizmi 4% artırır.