Рубрики
Моя работа

Bomba uşaxlar

Yeni Sosial Media Mükafatı start alıb. Bomba uşaxları seçillər. Mən də bu siyahıdayam. Sevindrici haldır ki, mən çox hörmətli jurnalist və bloqerlərlə bir siyahıdayam. Professional jurnalistlər Garibov Azer, Гамид Гамидов (Hamid Hamidov), Вячеслав Сапунов (Vyacheslav Sapunov), populyar bloqerlər Айнур Гузел (Aynur Guzel) və Gunel İsmayilli (iBlondee).

Həmidin statusunda kommentdə bir hadisə yadıma düşdü. Bir qocaman müəlliməyə premiya verirlər, sözü ona verəndə deyir ki, «Bunansa bir-iki kilo ət verəydiniz.» Şükür ki, o qədər ət yeyən də deyilik. 

Bu ərəfəyə gəlib çatmaq qurur hissi oyadır. Adolf demişkən, əsas iştirak etməkdir, qalib olmasaq da olar. Bütün iştirakçı və təşkilatçılara uğurlar arzulayıram.