Рубрики
Мнение

Yeni dil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunda savadsızlığın aradan qaldrılması istiqamətində işlər davam edir. 

Atalar demiş, əgər düşməni yenə bilmirsənsə, onunla dost ol. Dilçilərdə bu prinsiplə dilimizə dəyişikliklər gətirirlər ki, xalq arasında düzgün yazılmayan sözləri standarta çevirsinlər. Elə son dəfə «alğı-satqı», «əskər» sözlərini götürək. İndi də…

«İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa «ss» samitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -«iyyət» şəkilçisinin yazıda «-iyət» kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində «ilə» qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb.»

Belə getsə, elə yazılış gündəlik danışıq qaydasına çevriləcək. Bununla da demək olacaq ki, savadsızlıq tam aradan qalxacaq. Yaxşı fikirdir. Fikir də bilirsiz də adamnan nə oyunlar çıxarır?! 

Görəsən hanıs ləhcə standart kimi qəbul olunacaq?