Рубрики
Мысли вслух

Fikir Adamı

Maşında səhər-səhər gedirəm. Adam səkidə, piyada keçidinin üstündə dayanıb, acgözlüklə siqaret sümürür. Bütün maşınlar dayanır ki, yol versin. O da əli ilə göstərir ki, gedin-gedin, mən burda elə belə dayanıb perekur edirəm. Bir maşınlar gedir, digərləri gəlir. Yenə həmin səhnə. Sürücülər də o qədər mədənidirlər ki, biri gözün üstündə qaşın var demir. Amma belələrinə ingilislər Pedestrian deyirlər.

Sözüm ondadır ki, siqaretin əleyhinəyəm.

P.S. Son 6 ayda belə hadisələrə azı 10 dəfə şahid olmuşam.