Рубрики
Вспомнить все

21 il öncə

Bakcelldən Azercellə keçdim. Operatorun səhifəsində elə bir az öncə oxudum, Xarilələr gəlib durdular önümdə. Yeni açılmışdılar. Daha yaxşı mobil aparatlar, daha ucuz tarif (o zamana nisbətdə), rəqəmsal şəbəkə və yeni xidmətlər. Aylıq faktura 150-200 dollar olurdu, xaricə gedəndə isə 10 qat artıq. Mən də ki, hər 2-3 ayda bir dəfə Avropada ezamiyyətdə olurdum.

O zamandan bu günə eyni müqavilədən istifadə edirəm və bir dəfə yalnız 210 nömrəmi 218-ə dəyişdirmişəm. Digər operatorlardan təkliflər olmuşdu, amma qısa müddət istifadədən sonra imtina etmişdim.

O zaman 1200$-a aldığım trubka, populyar olan tam yeni model Nokia 8110 idi, adına banan deyirdilər. Elə o zaman da bankımız vasitəsi ilə ölkədə ilk telefon krediti ilə satışını mən həyata keçirdim. Bankın sədr müavini idim. Saqqalım yox idi, amma sözüm keçirdi. Sonra o biri banklar da qoşuldu.

Düşünürəm ki, 21 il ərzində operatora nə qədər pul ödəmişəm. 🤔Yəqin ki, bir Lamborghini-nin dəyərini. Ehhh…

P.S. Şəkil 1997-ci ildə çəkilib. Stolun üstündə məhz həmin telefondur. Eynək isə Ray Ban Predator, bu günə kimi amerikan markasına xəyanət etmirəm.