Рубрики
Мысли вслух

Hipokrat ağlayır

Atalar deyib ki, yalançının evi yandı, heç kim inanmadı. Həkimlər o qədər insanları aldadıblar ki, artıq inam qalmayıb. Yaxşı həkimlər yetərli qədərdir, amma nadanlar da. Hipokrat o dünyada Azərbaycana baxıb ağlayır, verdiyi anda peşman olub.

Mənim həyatımda elə olub ki, qarşıma çıxan həkimlər professional olublar. Amma o qədər hadisələr eşitmişəm ki, adamın tükləri biz-biz olur. Nəticədə, yaxşılara da inam qalmır.

Səhər Shafa Cavadovanın statusunu oxudum (1-ci kommentdə link). Bu xalqın axırı necə olacaq? Eşidirik, bilirik, amma heç bir şey etmirik. Neyləyə bilərik ki?