Рубрики
Мнение

Qara Cümə

«3 gün 50%-ə qədər endirimlər» — radioda deyilir.

Ogün bir mağazaya girdim ki, baxım nə var, nə yox. Baxıram ki, köynəklərə 15-25% endirimlərdir. Satıcıya deyirəm ki, bəs 50%?

Yazıx, ələy vələy edib bir dənə 50% endirimli köynək tapanda sevindi. Hər ikimiz buna güldük. Yaxşı ki, qaqaşın yumor hissi varmış.

Satıcıların «qaqaş» deyə müştəriyə müraciət etməsi yəqin səmimilikdən irəli gəlir. Abıçnı, şəhər uşaxları məhlədə bir birinə belə müraciət edirlər.

P.S. Bilmiyənnər üçün. Şəkildə Robinzon Kruzonun qaradərili Cümə adlandırdığı qadın xeylağıdır.