Рубрики
Мнение

Reallıq

yaxud gözünüzü geniş açın.

1828-ci ildə 1.5 milyon erməninin Qafqaza köçürülməsinin məqsədi regionu, yəni cənubi Qafqazıı nəzarət altında saxlamaq idi. Oyan-buyan edəndə ermənilərlə aramızda çaxnaşma salıblar. İndi elə bilirsiniz, RF razı olar ki, bu «ənənə» pozulsun?! Müəyyən yerə qədər göz yumdular.

Gücümüzü dünyaya göstərdik, döyüşərək Qarbağın çox hissısini azad etdik. Düşmən ordusu Azərbyacandan çıxır. Bu böyük qələbədir. Sadəcə çox adam eyforiyada idi, elə düşünürdü ki, İrəvana qədər gediləcək, qabağımızı kəsən də olmayacaq.

Yaxşı şərait yarandı. Paşinyan və Ermənistan NATO-ya üz tütdular, Türkiyə Rusiya ilə müttəfiq oldu, Erdoğn kimi güclü lider bizi dəstəklədi… Əvvəl heç bunu da ağlımıza gətirə bilməzdik. Bir şeyi anlamaq lazımdır ki, RF da öz maraqlarını güdür, bu da normal haldır. Həmçinin, onlar da dünyaya göstərdi ki, heç kimin bacarmadığını etdilər, yəni bura bizimdir, özünüzü soxmayın (ABŞa message). Nə qədər ki, RF ilə dost olacağıq əmin-amanlıq olacaq.

Ona görə son bəyannamə və müqavilə böyük qələbə sayıla bilər. Rus və Türk sülhməramləlarının Qarbağda olmasına normal yanaşmaq lazımdır. Onlar ermənilərin yenidən hücum etməsi yaxud rayonlarımızı atəşə tutmasının qarşısını alacaqlar.
Bəli, erməni əhalisi ilə birlikdə azərbaycanlılar da yaşamalıdırlar. Sadəcə, xalqımızın yaddaş qısadır, tez yaddan çıxarırıq. Necə ki, erməni daşnaklarının dəstələri 1918-1921-ci illərdə azərbycanlıları soyqırım ediblər, necə ki, 1948-ci ildə İrəvandan və Göycədən qovublar…

Ermənilər hiyləgər və satqındılar. Bunu heç vaxt unutmamalıyıq. Ona görə ehtiyatlı, hər zaman gözüaçıq olmayıq (DTX-nın işidir). Elə etmək lazımdır ki, onlar Azərbaycan vətəndaşı olmanın dəyərini bilsinlər. Bir də ki, özümüzə də şərait yaradıb, xalqımızı daha da güclü və zəngin etməliyik.

P.S. Həm də evdə oturub, razı deyiləm demək asandır. Müharibənin hər günü əskərlərimizin itkisi ilə başa gəlir. Onları düşünün. Müharibə çox oğraş şeydi!