Рубрики
Мысли вслух

Pambıq & Sandıq

Ogün bir tanışla iş görüşməsindəydim. Deyir ki, satışlar aşağıdır. Mən də fəaliyyətləri ilə tanış olduğum üçün, problemi dedim. Markanın demək olar ki, heç təqdim etmirlər. Dünya markası olsa da, heç kimin marağını çəkmir, çünki vaxtı ilə çox strateji səhvlər ediblər. Özləri də gözəl bilirlər, amma qəbul etmək istəmirlər.

Nəsə, danışdıq ki, plan hazılayıb təqdim edim. Özüdə krizisin lap gur vaxtı idi, media acından bilmirdi nəyi və kimi yesin. Ucuz qiymətlə PR məqalələri rahat yerləşdirmək və 4-5 qat artıq reklam edib diqqət çəkmək olar. Tembolee, hamı reklamı yığışdırıb, gözə girəcək. Çox baha olmayan büdcə təqdim etdim. Baxdılar, fikirləşdilər və axırda 1 sual verdilər:

  • Yarı qiymətə olarmı?
  • Olar, amma effekt dəfələrlə azalacaq.
  • Olsun, yeni plan ver.

Oturdum, kəsdim, tökdüm, yarı qiymətinə media plan təqdim etdim. Bu dəfə də baxıb, nə desələr yaxşıdı?

  • Bahadı.
  • Bəs indi nə qədər istəyirsəniz?
  • Pulsuz edə bilərsən?
  • Əlbəttə! — istehza ilə cavab verdim.

to be continued…