Рубрики
Мнение Мысли вслух

Kabab ye!

McDonald’s məsələsinə bir az dərin yanaşmaq lazımdır.

Düşünürəm ki, CMM-ni outsource agentlik edir. Onların patriotik paylaşması şirkətin qlobal siyasətinə uyğun deyil. Bunu hamımız bilirik və anlayırıq. Düşünürəm ki, həmin agentlik yəqin ki, 1 müştərisini itirəcək. Amma ediblərsə, əcəb ediblər. Əsas odur ki, ediblər. Silinsə də onu yaymaq lazımdır, tənqid deyil. Elə bil heç silinməyib.

Digər tərəfdən boykot etməyə çağıranlar var, tənqid edənlər var. Mən şəxsən McD-dan yalnız qəhvə ala bilərəm, o da başqa variant yoxdursa. Hamı bilir ki, oradakı yemək sağlamlığa zərəlidir, amma yenə də gedirlər. Gedin, kabab yeyin də!
Xarici investoralrı, özəlliklə amerikan və avropa şirkətlərini ölkəmizdə çox olmasına can atmalıyıq. Çünki bu halda onların hakimiyyəti Azərbaycanın maraqlarını güdmək məcburiyyətində qalacaqlar, necə ki, bu gün görürük. Ən azından standart sözlər deyib, heç nə etmirlər. Elə neft kəməri buna sübutdur. Ermənilərin götü var, onu partlatsın, sabahısı günü onların özlərini «partladarlar».

Bir az dərin düşünün, emosiya ilə deyil. Əksinə, onlardan istifadə etməliyik, öyrənməliyik. Çində bir zamanlar Motorollaya hamı işə düzəlib, təcrübə yığıb, sonrdan öz şirkətlərini qurublar. Vaxtı ilə bazaın 75%-na sahib olan Motorolla bu gün rəqabətə dözə biləməyərək, cəmi 5%-na malikdir. Ağıllı və bic olmaq lazımıdr.
Əsas odur ki, Ordu irəliləyir, Rusiya sakit durur, Türkiyə isə bizə dəstək verir. #gülbaşımıza #fikiradamı