Рубрики
Мысли вслух

Get Baş

Bütün günü bir iş görüşməsindən o birisinə qaçıram. Abed-mabedə vaxt çatmır, yolüstü whatsapp ilə səsli danışıq aparıram, mail zad yazıram… Birdən hardansa pilləkən fason nəsə çıxdı. Az qaldı yıxılım, get-baş olum, smartfonu əlimdə güclə saxladım. Az qaldı ürəyim telefonun yerinə düşə. Telefonda başdan ayağa şüşə, sındısa ruhunu gərək şeytana satasan, o da hələ heç nəyə qarantiya vermir, papış tikəcək. #Nəsə

Deyirəm iş görmək çox təhlükəlidir. Bilmirsən, hardan nə zad çıxır, harda itirib, sonra harda nə tapacaqsan. Tapanda da o qədər şərik çıxan olacaq ki! İlon Mask da başını itirərdi.