Рубрики
Мнение

Azercell Support

İlk gündən Azercellin müştərisiyəm və onun xidmətlərindən istifadə edirəm. Bir neçə gün əvvəl Call Centerə zəngin pullu olması haqqında yazmışdım. Mənə online xidmətdən pulsuz istifadə etmək təklif də edilmişdi. Bu gün iPhone-dakı brauzer vasitəsi ilə daxil olub, yazdım. Problemlər:

1. Mobil interfeys dəstəyi yoxdur, mobil app yoxdur.

2. Salamlama mesajını gördüm, öz yazdığım mesaj görsənmir, onların cavabı görsənmir. Yenə kompyuterdən baxmalı oldum.

3. Mənim adıma olan 2 nömrənin bir Faktura ilə ödənməsi xidməti maraqlandırırdı. O da yoxdur. Problem isə ondadır ki, ASAN İmza üçün ikinci nömrədən istifadə edirəm. Hələ də 4G dəstəkli ASAN İmza sim card yoxdur.

Bu da mənim feedback. Azercell, problemləri həll edin ki, müştəriyə rahat olsun. Bunlar axı xırda işlərdir, amma bizim həyatımızı rahat edər. O sizin reklamda nə deyilirdi? «Həyat paylaşdıqca gözəldir!»