Рубрики
Мысли вслух

Futlyar içində

Sizə kimnən danışım? Hərfyiyənlərdən. Anton Pavloviç Çexovun «Qılaflı adam» hekayəsindəki Belikovu xatırladım. Çay içib, sizə ərz edim. Kstati, burda meşə gilasından yaxşı vareni verirlər.

#Oğün, bir nəfər xaylağı post yazır ki, kimləri məsləhət verirsiz oxumağı (Tez tez belə stastular olur). Bir canı yanmış da götürüb məni tag eliyir kommentdə. Mən də notificationi görüb, getdim baxım ki, orda nağarıllar. Baxıram ki, postovoy yazıb ki, mən onu follow eləmiyəjəm, bəs R.M. orda «xöşbəx» yazıb və t hərfini buraxıb. Halbuki, iki yerdə bu söz işlənib, və birinci halda doğru yazılıb. Mən də pedant və hərfyeyənləri sevmirəm deyən, yazdım ki, qadan alım, eləmə, noolar. Əgər bu nəfər statusun məqsədini yox, o boyda yazıda bir hərfi görürsə, onda o oxucu yox, revizordu. Mən də sovet dövrlərindən revizorları xoşlamıram.

Hələ bir neçə il öncə bu haqda yazmışdım ki, belələrindən uzaq dururam. Həm də onların yumor hissi olmur. Amma insan psixilogiyasını incələyərək anlamaq olar ki, o statusların məğzini anlamayıb, yəni başa düşməyib. Ona görə də pridirka tapıb ki, mən ağıllıyam, Ramin dəli.

Hə nooolsun e, Kefli İskəndərə də hamı dəli və əyyaş deyirdi, amma o Fransada təhsil almış ziyalı idi və sözün düzünü demək üçün sərxoş olub deyirdi. Mən isə bu yolu şərab içmədən keçirəm. Kefli İskəndər zamanımızda yaşasaydı bloqer olardı və sözünü bloqunda deyərdi. Onun sözü olmasın: «Ə, niyə ağlamırsız?»

Bir anekdot xatırladım, yəni yadıma düşdü.


Bir pedant Uroloqun yanına gedir. O da deyir soyunun. Xəstə də pencəyini çıxardıb, səliqəli stulun başına asır, köynəyi çıxarıb, qatlayır və stula qoyur, şalvarı düzlüyüb, pencəyim üstünə asır, tuman, mayka və corabı da səliqəli qatdaylayıb qoyur stulun üstünə. Doxtur soruşur ki:
— Nə şikayətiniz var?
— Xayamın biri o birindən aşağıdır.
— Bu normal fiziki haldır. Hamıda belədir.
— Amma, Doktor, səliqəli deyil axı…