Рубрики
Мнение

Müdrik ol

Türklərin çox gözəl cəhəti var: aralarındakı münaqişə, narazıçılıq, hətta düşmənçilik olmasına baxmayaraq ölkəsinə, xalqına xarici qüvvələrdən təklükə olduğunda birləşib bir güc kimi çıxış edirlər. Ona görə də onları tarixboyu yenə bilmirlər.

Məyusluqla sosial şəbəkələrdə Qarabağda baş verən hadisələrdən reytinq, yalandan emosiya, zərər verə biləcək, şəxsi qərəzliyi göstərən yazılar izləyirəm.

Belə hadisələr zamanı soyuqqanlı olub, nəticəni gözləmək lazımdır. Çalışıb görülən işə zərər yetirməmək hər bir azərbaycanlının borcudur. Dözümlü və müdrik olun.

Vətənpərvərlik yalnız status yazmaq deyil, həm də gündəlik həyatında xırda hərəkətlərdir. #KarabakhisAzerbaijan