Рубрики
Мысли вслух

O gözlər

Səhər oftolmoloqun yanına getmişəm, deyir:
— Şikayətin nədir?
— Doxtur, həyat çətinləşib…

O qədər güldü ki! Sonra da gözlərimə baxdı və dedi ki, sən toya getməlisən. Amma demədi ki, hansı toya, harada, nə vaxt və hansı dress kodda. Düzünü desəm doxturnan uşaqlıqdan zarafatım var. Yoxlayıb, eynək məsləhət gördü ki, həyatımın qaranlıq günlərində yaxşı görüm.

#Nəsə. Bir saat öncə evə gəlirəm. Öndə iki qadın gedir. Biri təxminən 160x120x120 ölçülərində (gözüm qaranlıqda zəif görür), üz üzə gələn kişinin ona baxdığını görüb, üzünü turşudub, padruqasına qayıtdı ki:
— Bu kişilər lap izvraşeneçdilər e!

Gözlərim əvvəlki qədər yaxşı görməsə də, qulağım yaxşı eşidir. Bunu eşidəndə düşündüm ki, Valla düz deyir də!