Рубрики
Кино

1001 gecə

Bizim uşaqlıqda internet, youtube və saytlar yox idi deyən, kitab oxuyub məlumat alırdıq. Özəlliklə oxuyanda beynimdə canlandırıb, elə bil filmə baxırdım.

Çoxsayda fantastika, dünya ədəbiyyatı oxuyandan sonra «1001 gecə» seriyasına da keçdim. Nə gizlədim, orda çoxlu erotik hekayələr var. O da oğlan uşağını çox cəzb edirdi.

Nə deyim sizə, hekayələrin birində Şəhrizad danışır ki, bir yaşlı ərəb səyahət zamanı bir kənddə gecə vaxtı bir evin qapısını döyür ki, xahiş edib orada gecələsin. Qapını təzə yetkinlik yaşına çatmış bir yaraşıqlı oğlan açır. Qoca da xahiş edir ki, yorulub, gecələmək istəyir. Gənc də dəvət edir, süfrə açır. Sonra da yorğan döşək salır ki, gəl yataq. Gecə day day həvəsə gəlir və oğlana girişir. Oğlan da şoka düşür və izvraşeneçə deyir ki, ya adam kimi yat, ya da veş-vüşüvü yığışdır və … burdan.

Sözüm ondadır ki, bu Şəhrizad da yaman pozğun şey olub, Şahı fırradıb gic-gic nağıllarnan. Bu hekayədən sonra onları oxumağa davam etmədim. Beynim çöndü.

Amma bilmirəm ki, axırda Şah onu aldı yoxsa yox.

P.S. YouTube da gənc Catherine Zeta-Jones iştirakı ilə filmi gördüm, yadıma düşdü. Gərək baxım.