Рубрики
Мнение

Yayın son günləri

Hamı indi də şikayət edir ki, yay qurtarır, bəs dəniz zat görmədiy. Danışmaqdansa, dur dəniz geyimini yığ və get dənizə yaxud hоvuza.

Səhər 10-dan hovuzun kənarında yayın son günlərindən istifadə edirəm. Özü də hazırlıqlı. Qəhvə bişirdim, özümlə gətirdim ki, darıxmayım.

İndi hələ bir kompyuterdədə kitabımı yazmağa başladım. Dalqastroy olacaq. Hətta xüsusi application da tapmışam. Adı Bear, özü də free. Xüsusi ilə yazıçılar və bloqerlər üçün yaranıb. Arada da bloq üçün başqa app də tapdım. Adı Blogo, özü də WordPress bloqa rahat qoşulur.

Şikayət etməyin, həyatdan istifadə edin. Solomon demişkən, bu da keçib gedər.