Рубрики
Вспомнить все

Al beni

#Ogün bir qızla söhbət edirdim, deyir evdə o qədər zae***t eliyiblər ki, elə tez ərə gedib, sonra boşanmaq istəyirəm ki, əl çəksinlər məndən. 

Bir hadisə yadıma düşdü. Xatırlayırsınlz yəqin ki, 90-cı illədə “Al Beni” adında pçenik vardı və hamı onu yeyirdi. Moşnu reklam gedirdi. 

O illərdə korporativdə bir gözəl qızla tanış olmuşdum. Adı Arzu idi, özü kimi. Mavi gözlər, gözəl göyçək, 172 cm, gəşəng fiqura zad. Amma çox ciddi, amma zarafatçıl və çox şirin qız idi. Onu görən oğlanlar huşlarını itirirdilər. Lap italiyanın gözəlçələrini xatırladırdı. 

#Nəsə. Bir gün Polo kafedə oturmuşduq. Çay gətirdilər, yanında da «Al beni». Arzuşkada ona baxıb qayıtdı ki, sənə bir təklifim var. 
— Məni al, evlənək. Evdə hamı məni bezdirib. Nə istəyirsən elə, kimnən istəyirsən gəz, revnovat zat eləmiyəcəyəm. Mən də sənə dost və yoldaş olum. Nə desən onu edəcəyəm. Təki canımı bunlardan qurtar. 

Mən də dedim ki, belə evlilik olmaz axı?! Mən sənə belə həyat arzu etmirəm, axı sən yaxşı qızsan (o xavt Yaşar Nuri bu sözü serialda demişdi). O da dedi ki, baxaaa, Allah məni göndərib sənə padarka, sooora peşman olacaqdan. Vseravno atkaz elədim.

Belə hallarla artıq 10illərlə qarşılaşırıq. Bəlkə bu qızları bədbəxt etməyəsiniz? Azadlıq verəsiniz? Yoxsa «qonşu, qohum nə deyər» deyən nə xaricə buraxırlar, nə də normaıl yaşamağa qoyurlar. Sonunda bədbəxt edirlər, o da öz üşağına bunu edir. Ona görə belə zloy cəmiyyətimiz var.