Рубрики
Мысли вслух

Çörək və su

#Ogün su butılkasını zibil qabına atmaq istəyəndə parapetin üstündə köhnə çörək qırığını gürdüm. Babam yadıma düşdü. O danışırdı ki, Qazaxstanda sürgündə olanda onlara balaca qara çörək verirdilər. Çörək deyəndə ki, 20% buğda, qalanı jmıx, selluloza və kəpək qarışığı. Deyir, bir dəfə barakda şam yeməyində bir yaşlı kişinin çorəyini bir cavan oğlan qapıb ağzına atdı və tez yedi. Həmin yaşlı kişi hönkür hönkür ağladı. Onu da qeyd etdi ki, ağlayan nə vaxtsa 1 katib olubmuş, yəni nüfuzlu adam. SSSR-də böyüyənlərin bu vəzifənin nə qədər yüksək olduğunu bilirlər.

O zamandan Babam, çörəyə hörmətsizlik görəndə çox əsəbləşirdi və söyüşlə hamını təndeh edirdi. Çox sərt və mərd kişi idi, sürügnə də paxıllığını çəkən tanışları anonim məktub yazaraq şər atmışdılar. O çox xarizmatik adam idi və qadınlar da ölürdü onun üçün. 

Su və çörək həyatın əsasıdır. Müharibə zamanı əhali yalnız bunların hesabına qarınlarını doyururdular. Biz o qədər qudurmuşuq ki, onlara dəyər vermirik. Hətta bunu bir metafora kimi götürsək, deyə bilərəm ki, bizə verilən nemətlərin qədrini bilmirik. Heyif amma!