Рубрики
О разном

Eşşəy

İnsanlar bir-birini təhqir edəndə «eşşək» deyirlər. Amma Uzunqulaq (Ədəbi adı), insandan fərqli olaraq çox yaxşı məxluqdur.

Uzunqulaq zəhmətkeş, çox dözümlü, tələbkar olmayan, atdan fərqli olaraq hər yerə çıxa bilən, yemədən-içmədən uzun müddət işləyə bilən (8-10 saat) heyvandır. İnsanlar onu tərs sayır. Amma tərsliyi ancaq yorulanda olur. O yorulubsa, işləməyəcək, döysən də, söysən də yerindən tərpənməyəcək. Çünki, özünü qoruma hissiyatı var. Elə «eşşək kimi yorulmuşam» ifadəsi də burdan yaranıb. Həm də onun, yaxud balasının həyatına təhlükə olarsa, qorxmadan başqa heyvanlarla döyüşə bilir.

Ona görə az maaşla çox işləyən adama «eşşək kimi işləyir» deyirlər.

İndi deyin görüm, axmaq insana Eşşək deyərək niyə Eşşəyi təhqir edirik? Məncə, insanlar ondan çox şey öyrənməlidir.

Onunla bağlı hansı ifadələri bilirsiniz?