Рубрики
Наблюдения

Karantində Toy

Arada bir xəbərlərdə toy mərasimi keçirənlərin cəzalandırılması haqqında oxuyuram. Neujelni, bir az kreativ ola bilmirlər axı. Çox müasir virtual toy eləmək olar. 

Bəy və gəlin ASAN-da qeydiyyatdan keçir (İnstagram live etmək olar). Sonra bütün qohum-tanışlara elektron dəvətnamə göndərilir. Ondan sonra ZOOM vasitəsi ilə videokonrfans yaradılır və vaxt link vasitəsi ilə göndərilir. Kim iştirak edəcəksə, təsdiq edilir. Restoranla müqavilə bağlanıb, həmin şəxslərin ünvanına yeməklər, içki göndərilir. 

Toy günü hərə öz evində geyinib-gecinir, yeməkləri stolun üstünə düzür, arağ süzür və Zooma qoşulur. Bəy-gəlin öz evində, valideynlər öz, qonaqlarda həmçinin. Beləliklə videokonfransda sağlıqlar deyilir, musiqi səslənir, yeyib-içmək, rəqs filan. Pulları isə onlayn olaraq card-to-card, yaxud məhlədəki terminallar vasitəsi ilə köçürmək olar.

Toydan sonra isə Yengə skrıtı kamera ilə prosesi izləyə və What’s App qrupda qırmızı bayraq yelləyə bilər.

Atalar demiş, ölümdən başqa hər şeyə çarə var. Yetər ki, müasir texnologiyalardan istifadə edəsən. Həm də belə TOYda dünyanın hər bir yanından qonaqlar iştirak edə bilər.

P.S. Artıq belə xidmət verə biləcək startuplarda mövcuddur.