Рубрики
Вспомнить все

Yadımdadır

87-ci ildə Qarabağda insident kiçik bir məsələdən başlamışdı. Ermənilər toy zamanı azərbaycanlı bəy və gəlini öldürmüşdülər (səbəbini xatırlamıram). Deyəsən, başlarını kəsmişdilər. 

O zaman Qarabağ azərbaycanlıları yığışıb, balta-yava-ov tüfəngi ilə silahlanıb intiqam almağa gedirdilər. Qarşılarına bir Sovet əmək qəhrəmanı olan ağbirçək çıxıb, yaylığını atmışdı ki, qan tökməyin. Kişilər də bu adətə hörmət olaraq dayanmışdılar. O vaxt o Ağbirçək qəhrəman olmuşdu.

Amma, o zaman bu hərəkəti etməsəydi, bəlkə bu gün torpaqlarımız özümüzdə olardı, elə düşməni beşiyində boğmuşdular. 

O xanımın adı yadımda deyil, amma belə mənasız «qəhrəmanlıq» və yaxşılıq istəyi tarixi dəyişir, özü də pis tərəfə. #gülbaşımıza

Nə idi onun adı?