Рубрики
Мысли вслух

Koroğlunun nəvələri

Səhər tezdən bulvarda gəzinti zamanı ağlıma müxtəlif fikirlər gəlir. Azərbaycan dastanlarının qəhrəmanları yadıma düşdü. Fikriləşirəm ki, Babəki ermənilər satdı, tikə tikə elədilər. Nəsimini dar ağacına cəkdilər, dərisini soydular. Deyirəm, heç bizdə bu qəhrəmanlar sonu yaxşı olmur.Digər tərəfdən də, çox zaman «Koroğlu övladları» tetminini eşidirəm. 

Əgər dastanı oxumuzsunuzsa, onda bilirsiniz ki, Rovşənin atasını genahsız olaraq kor ediblər. O at mütəxəssisi olaraq yeni qanadlı at yetişdirmək istəyirmiş. Rövşən də uşaqlıq edib, da gənc olub, girib atın saxlandığı qaranlıq yerə, ona görə də qanadlar yoxa çıxıb. Atasını kor edəndən sonra özünə Koroğlu ləqəbi seçib. Sonra da atasının qisasını almaq üçün qeyri qanuni banda yaradıb, Robin Hood style. 

#Nəsə, nə başınızı ağrıdım. Ətrafına 7777 dəli yığıb (o zaman belələrinə dəli deyirdilər), varlıları talan edir, sonra da 40 gün, 40 gecə bayram edib, kef çəkirdilər. Koroğlunun da işi gücü yox, pulu talanla əldə edir, yeyib içib kef çəkirdi, sazda çalıb, oxuyur, qız qaçırdırdı. Öz sevgilisi Nigarı da oğurlamışdı. O da gözünə döndüyüm, cəld qız imiş, onu alıb əlinə və şərik olub ona. Bilirsiz də qadın kişini necə ələ ala bilər? Nigardan nümunə götürün, ay özünə yalandan əmin azərbaycankalar! 

Bu da bizim xalq qəhrəmanı. Uşaqlar da məktəbdə oxuyub onun kimi olmaq istəyirlər, çünki Koroğlu lifestyle xoşlarına gəlir. Niyə də gəlməsin?! Bəziləri buna nail olurlar. Uşaqlıq arzusuna yetmək xöşbəxtlikdir. 

Onu deyirəm ki, ağıllımız Nəsimi idi, onu da çatmıxa çəkib, dərisini soydular. Yazıx!