Рубрики
В Медии

Qisas

Tez-tez xəbərlərdə gənc qız yaxud oğlanın intiharı haqqında oxuyuram. Elə indi yeni xəbərdə gördüm. Bu yaşda intiharın səbəbi sevgi hissləri və ailənin ona qarşı olmasıdır.

Digər tərəfdən onlar o qədər iradəsizdilər ki, evdən gedib, sevdiyi insanla sərbəst yaşamağı düşünməkdənsə çıxılmaz yola əl atır, valideynlərindən intiqam alır ki, bütün ömrü boyu iztirab içində yaşayıb məhv olsunlar.

Azərbaycanda 1-2 əsr bundan öncəki kimi valideyn uşağı öz əmlakı hesab edərək, öz istəyi üzərindən idarə etmək istəyir. Bəzən, mənim ətrafında olanlar inanmırlar ki, hələ də ölkəmizdə belə hallar mövcuddur. Var, özü də külli miqdarda.

Bunun səbəbi isə böyüklərin uşaq psixologiyasından xəbərsiz olmaları, uşaqlara aşırı təzyiq göstərmələridir. Bu hadisələr nəinki kəndlərdə, hətta şəhərdə müasir hesab etdiyimiz ailələrdə də baş verir. Nə qədər uşaq özünü asmalıdır ki, insanlar dəyişsin?!

Valideynlər uşaqlarına düşman kəsilir, xoşbəxtliyini istəyərək, bədbəxt edir. Bu Covid19-dan da betərdir.

Atalar deyib ki, Qızı öz başına qoysan ya halvaçıya gedər, ya zurnaçıya. Bu da ataların dediyi.

Ancaq #gülbaşımıza demək qalır.