Рубрики
ЖЗЛ

Xətrinə dəyəndə…

Bir neçə uğurlu şirkətin (həmçinin bahalı traktor istehsalçısı) sahibi Feruçço Lamborghini bahalı maşınları sevir və kolleksiya edirmiş. Kolleksiyasında bir neçə ədəd Ferrari də olub. 

Bir dəfə Feruçço Enzo Ferrari-nin yanına gedir, avtomolininin (Ferrari 250GT) muftasıdan şikayətçi olduğunu və onu necə təkmilləşdirməyi məsləhət görür.

Bu Enzonun bərk xətrinə dəyir. Qayıdıb Feruççoya deyir ki:
— Ragazzo, get öz traktoruvu yığ! Barmağın girməyən yerə başıvı soxma.

Bu söz Feruççonu yaman bərk tutur, qayıdıb deyib ki:
— Enzo, sən sən ol, mən də mən. Baxarsan, gör sənin başıva nə oyun açacağam!

Öz qarajına gəlib, muftanı söküb ki, düzəltsin. Sökəndə baxır ki, onun hissələri, elə onun traktorları üçün hissə istehsalçıları qayırır. O anda Ferrari-yə rəqib yaratmağa qərar verir ki, intiqam alsın. Bu fikirlə idman avtomobili şirkətini qurub və Ilk model olan V12 mühərrikli 350GT-ni 1963-cü ildə Turin avtosalonunda təqdim edir. Özü də mühərriki yaratmaq üçün keçmiş Ferrari konstruktorunu cəlb edib. 1971-ci ildə isə ilk gilyotin tipli qapısı olan Contach modelini nümayiş etdirir. Avtomobil dünyanın hər bir yanında çox böyük marağa səbəb olub. O zamandan belə tip qapılar dəbdədir və istənilən avtomobilə tətbiq etmək üçün kitlər istehsal olunur.

Lamborghini Contach (sağda) və Miura (solda) modelləri

Feruçço mənim kimi Buğa bürcündən olduğu üçün avtomobillərə korridanın məhşur öküzləinin adını verib. Bu ənənə bu günə qədər yaşayır. 

Oğlanlar var ki, bir sözə görə şirkət qurub, tarixə düşür. Bizdə isə kimnsə xətrinə dəyəndə, üzünə demir, dalınca danışır, padlyanka edir ki, intiqam alsın.

Ferruçço kimi ol, cındır olma!

P.S. Avtomobilin adı «LamborQini» olaraq oxunur.