Рубрики
Мысли вслух

Dərs

Bu gün bir neçə dəfə #İkinciMahmud adlı şəxsin status paylaşımı ilə qarşılaşdım. Amma dünyasını dəyişəndən sonra. Tanımırdım. Maraqlandım, tapdım, statuslarını oxudum. Maraqlı yazırmış. Əvvəl tanımadığıma heyfsləndim.

Paylaşılan statusu isə, gözləmə, istədiyini bu gün yaşa, sonra peşman olacaq (şəkildə) deyir. Amma nə yazıq ki, bunu insanlar yalnız ölümlə qarşı qarşıya olanda anlayırlar. Amma gec olur. O anda bu fikri başqalarına çatdırmağa çalışırlar. Amma heç bir xeyiri yoxdur. Çünki heç kim həyatını dəyişməkməyəcək, qorxacaq, ölümdən qorxduğu kimi.

Mən dəfələrlə auditoriya qarşısında eyni sözləri demişəm, hamı anlayır, amma komfort zonasından çıxmaq istəmir. Ancaq, ağır xəstələnəndə, düşünür. Yenə də sağalanda, qorxu qayıdır və yenə heç nə etmir. Ona görə daha belə çıxışlar etməyəcəyimə bir neçə ay bundan öncə qərar verdim. Əziyyətimə və emosiyalarıma heyifim gəlir. 

Əslində insanlar qorxaq və kordular. Kor deyəndə, göz önündə olanları görməkdə korluğu nəzərdə tuturam. Öz səhvlərini görməyib, ancaq, onu bunu günahlandırırıar.

Hamı Mahmudun statusu ilə bölüşdü, ölümü ilə təəsüfünü bildirdi, amma heç nəyi dəyişmədi. Sizlərə çox yazığım gəlir. 

Yenə də özünüz bilərsiniz. Hər kəsin öz seçimidir, xoşbəxt olmaq, yaxud elə bədbəxt yaşayaraq, öləndə də yaşamadığına peşman olmaq. Bu dərs də boşa keçdi…