Рубрики
Мнение

Gülərüz

Qonşuluğumuzda bir super puper mega market var, hər dəfə ora daxil olanda və gəzəndə bütün personal gülər üzlə salamlaşır. Girəcəkdə bir simpatişni qız işləyir, ilk onunla qarşılaşırsan. Hər dəfə, onlara salamdan sonra demək istəyirəm ki, «nə var, nə yox?» Sadəcə qorxuram ki, bütün assortimenti saysınlar. Hər addımda kömək təklif edirlər. Bu da müştərilərin razılığı və daha çox alış veriş etmələrinə yol açır. Çünki, pozitiv insanlar daha əliaçıq olur. 

Çinlilərin bir sözü var ki, gülümsəməyi bacarmırsınızsa ticarətlə məşğul olma. 

P.S. Bu statusu 1 avtomobil showroom-undakı receptionda işləyən gülərüz xanım yazmağa təhrik etdi.